AZ

"Formula-1" daha 6 il Montsada

"Formula-1" üzrə dünya çempionatında İtaliya Qran-prisinin keçirilmə müddəti artırılıb.

İdman.biz xəbər verir ki, bu barədə yarışın baş direktoru Stefano Domenikali açıqlayıb.

Montsa avtodromunda keçirilən Qran-pri yeni müqaviləyə 2031-ci ilədək nəzərdə tutulub. Domenikali İtaliya Avtomobil Klubuna təşəkkür edərək, Lombadiya regionunda "Formula-1"in keçirilməsinin böyük zövq yaşatdığını bildirib. O, yarış trasının yenilənməsini vurğulayaraq, imzalanan uzun müddətli əməkdaşlığı yüksək qiymətləndirib.

Qeyd edək ki, 2024-cü ildə "Ferrari" pilotu Şarl Lekler doğma publika önündə finiş xəttini ilk keçib.

İdman.biz

Seçilən
17
idman.biz

1Mənbələr