ABŞ və İsrail Misir, Qətər və Türkiyədən olan vasitəçilərlə birlikdə yaxın günlərdə Qəzza zolağında atəşkəsə nail olmağı planlaşdırır.
Sfera.az xəbər verir ki, bu barədə Amerikanın keçmiş prezidenti Co Bayden özünün X sosial şəbəkə hesabında yazıb.
Onun sözlərinə görə, Vaşinqton müharibəyə son qoymağa və Fələstin anklavında HƏMAS hərəkatını hakimiyyətdən uzaqlaşdırmağa hazırlaşır. Eyni zamanda, Amerika liderinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan müsahibəsində bildirib ki, ABŞ rəhbəri noyabrın 27-də atəşkəsə nail olmaq üçün işə başlayacaq.
Həmas özü bəyan edib ki, Livan və İsrail arasında atəşkəs elan edildikdən sonra hərəkat Qəzza zolağında atəşi dayandırmağa hazırdır.
Noyabrın 27-də İsrail Müdafiə Qüvvələri ilə Livanın şiə Hizbullah hərəkatı arasında bir gün əvvəl imzalanmış atəşkəs razılaşması qüvvəyə minib. Bayden bildirib ki, sənəd hərbi əməliyyatların daimi dayandırılmasını və mülki əhalinin Livan-İsrail sərhədində zərər çəkmiş ərazilərə qayıtması üçün şərait yaradılmasını nəzərdə tutur.
Amerikanın dövlət katibi Antoni Blinken bəyan edib ki, İsrail HƏMAS-la mübarizədə hərbi məqsədlərə nail olub, ona görə də münaqişəyə son qoyulmalıdır.
İnci