AZ

Azərbaycanda vaxtı keçmiş kreditlərin artmasına səbəb nədir? VİDEO

Azərbaycanda vaxtı keçmiş kreditlər son bir ildə 9% artıb.

Xezerxeber.az xəbər verir ki, 2024-cü il noyabr ayının 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 479.8 milyon manat təşkil edib. Mərkəzi Bankın məlumatına əsasən bu göstərici ilin əvvəli ilə müqayisədə 9,6%, ötən ilin eyni dövrünə nisbətən isə 8.9% artıb. Vətəndaşlar isə gecikmiş kreditlərin artmasının səbəbini faizlərin çox olması ilə əlaqələndirirlər.

İqtisadçılar isə bildirirlər ki, vaxtı keçmiş kreditlərin sayının artmaması üçün bəzi qaydalara dəyişiklik edilməlidir.

Xalid Kərimlinin sözlərinə görə, Bank Olmayan Kredit Təşkilatlarının yaranması və fəaliyyəti də vaxtı keçmiş kreditlərin artmasına müəyyən dərəcədə təsir edir. Belə ki BOKT-lar, banklara nisbətən daha az tələblə və daha sürətli şəkildə kredit verə bilirlər. Borcalanlar ödəmə qabiliyyətlərini düzgün qiymətləndirə bilmədikdə, bu borcların vaxtında ödənilməməsi riskini artırır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
26
xezerxeber.az

1Mənbələr