AZ

Əri ölüm ayağında olduğu üçün intihar edibmiş - Eyni gündə dəfn olundular

Noyabrın 26-da Oğuzda 56 yaşlı qadının sirkə turşusundan zəhərlənərək ölməsinin təfərrüatları məlum olub.

“Qafqazinfo”nun məlumatına görə, Musayeva Leyla Osman qızı sirkə turşusunu intihar məqsədilə içibmiş.

Belə ki, onun əri 70 yaşlı Musayev Eyyub Fərəc oğlu bir neçə aydır ki, qan xərçəngindən əziyyət çəkib və Oğuz Rayon Mərkəzi Xəstəxanasında müalicə alıb. E.Musayevin vəziyyəti ağır olduğu üçün xəstəxanadan evə buraxılıb.

İki gün öncə həkimlər müayinə etmək məqsədilə ünvana gəlib və xəstənin vəziyyətinin ağır olduğunu bildiriblər.

Daha sonra ərinin öləcəyini öyrənən Leyla Musayeva sirkə turşusu içib.

O, dərhal Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, reanimasiya şöbəsində dünyasını dəyişib.

Kişi ilə qadın eyni gündə dəfn olunub.

Mübariz Muradov

Seçilən
31
qafqazinfo.az

1Mənbələr