Qoç - aktivlik, pozitiv yaşam mövqeyi işlərinizdə irəliləyişlərin rəhni olacaq. Yenilikləri əxz edin, peşəkar fəaliyyət müstəvisində nailiyyətlərə can atın. Təcrübə əldə etməyə çalışın.
Buğa - bu gün bütün planlar və arzularınızın reallaşacağını düşünməyin. Yaxın ətrafınızdakı insanların problemlərini həll etmək, yaranmaqda olan münaqişələrin qarşısını almaq, işdə və ya təhsildəki çətinlikləri aradan qaldırmalı olacaqsınız. İnadkar və qətiyyətli olsanız, irəliləyəcəksiniz.
Əkizlər - passivlik etməyin, süstlüyə qapılmayın. Yaxın gələcəkdəki maddi rifahınızı düşünün. Yaxın ətrafınızdakı kiçik mübahisələr və anlaşılmazlıqlara rəğmən tövrünüzü pozmayın. Əmək məhsuldarlığınız yüksək olmalıdır.
Xərçəng - məsuliyyətli və intizamlı olsanız, məqsədə çata bilərsiz. Tapşırıqlara pis yanaşıbsınızsa, tənqid və iradlar gecikməyəcək. Yaxın ətrafınızdakı insanlardan biri haqqınızda şayiələr yayır.
Şir - inadkar, cəsur, qətiyyətli olun. Sizə önəm verən insanların qədrini bilin. Tam, total azadlıq olmadığı üçün xam xəyallara düşməyin.
Qız - işlərdə aktivlik üçün əlverişli zamandır. Yalnız öz qüvvənizə bel bağlayın. Kommersiya və ya bizneslə məşğulsunuzsa, yeni taktika, strategiya barədə düşünün.
Tərəzi - yaşanan situasiya və ətrafınızdakı insanları sərt təhlil etməyin. İnsanların reaksiyaları adekvat olmaya bilər. Bütün diqqətinizi peşəkar fəaliyyət sahəsinə yönəldin. Maliyyə məsələlərini həll etməyə çalışın.
Əqrəb - etibarlı tərəfdaş və ya yardımçı tapa bilərsiniz. Əlaqələri inkişaf etdirin, yeni təmaslar yaradın. Qətiyyət və əzm gərəkli nəticə verəcək. Fəaliyyətinizi optimallaşdırın. Yeni biliklər və bacarıqlar əxz etməyə çalışın.
Oxatan - ifrat emosional davranmasanız, maraqlı ideyalar və təşəbbüslərlə tanış olacaqsınız. Hisslərinizə nəzarət edin. Çılğınlıq səhvlərə və işlərdə ləngimələrə səbəb olmamalıdır.
Oğlaq - bu gün üçün nəzərdə tutulan işləri uğurla başa vura bilərsiniz. Kiçik uğursuzluqlar sizi ruhdan salmasın. Emosional, bədgüman olmayın. Özünüzə inanın, maneələri dəf edərək məqsədə doğru irəliləyin.
Dolça - bütün diqqəti adi, rutin işlərin görülməsinə yönəldin. Yeni layihə, uzunmüddətli əməkdaşlıq barədə anlaşmanın imzalanması və ya sərmayə üçün münasib zaman deyil.
Balıqlar - yaxın gələcəklə bağlı strateji planlar qurun. Fəqət işgüzar fəaliyyət sahəsində ciddi irəliləyişlərə nail olacağınızı düşünməyin. Geniş miqyaslı layihəni ertələyin.
Milli.Az