AZ

Bazarlarda niyə yerli balıq tapılmır? — Ekspertlər gizlinləri açdı

Xəzər dənizi uzun illərdir ki, zənginliyi ilə regionun ən vacib təbii sərvətlərindən biri hesab olunur. Lakin son illər burada baş verən ekoloji problemlər ciddi narahatlıq doğurur.

Bu həmçinin balıqçılıq sənayesinə də ciddi təsir göstərib. Nəticədə, bazarlarda yerli balıq tapmaq çətinləşib. Yerli balıqların azalması həm bazara ziyan vurur, həm də vətəndaşların balığa olan təlabatını ödəmir. Mütəxəssislərin fikrincə, bu istiqamətdə problemlərin həll edilməsi üçün təcili tədbirlər görülməlidir.

"Onların ovuna qadağa qoyulub"

Mövzu ilə bağlı ilə ekoloq Amin Məmmədov BAKU.WS-ə bildirdi ki, balıqların tələf olma halları çox vaxt dənizn səviyyəsinin aşağı düşməsi səbəbindən olur:

"Dəniz suyunun çirklənməsi bu istiqamətdə ən başlıca problemlərdəndir. Bazarlarda kifayət qədər balıq satışı var. Əsasən çay balıqları satılır. Belə hal ola bilər ki, balıq restoranları, iaşə obyektəri çoxaldığı üçün alışın ən çoxun onlar həyata keçirirlər. Bu səbəbdən vətəndaşlar müəyyən qədər əziyyət çəkə bilərlər. Xəzər dənizində qorunan balıq növləri var. Hansı ki nərəkimilər bu siyahıya aiddir. Onların ovuna qadağa qoyulub.

Eyni zamanda, xaricdən də ölkəyə dondurulmuş balıqlar gətirilir. Bu da əhalinin balıq ehtiyacını müəyyən qədər qarşılayır".

"Bu iki növ balığın nəsli kəsilib"

Ölkədə balıqartırma işlərilə məşğul olan zavodlardan birinin direktoru Zaur Salmanov yay aylarında Hövsan çimərliyi sahillərində ölən kiçik yabanı balıqların tələf olmasının səbəbini belə açıqladı:

"Çox təəssüf ki, çirkilənmə səbəbindən həmin problemlər yaşanır. Bəzən alimlər bunu oksigen çatızmazlığı ilə əlaqələndirirlər. Ancaq bu səhv fikirdir.

Bazarlarda balıq qıtlığının əsas səbəbi isə daxili istehsalın çox aşağı səviyyədə olmasıdır. Son illərdə enmə tendensiyası müşahidə olunur. Bunun əsas səbəbi balıq və balıq məhsullarının hələ də Kənd Təsərrüfatı Nazirliyinin nəzarətinə keçməməsidir. Təəssüf ki bu sahə dövlət tərəfindən heç bir dəstək görmür.

Yerli balıqlardan kefal və xəşəm balıqları tapılmır. Çünki yarıtmaz balıqartırma fəaliyyəti nəticəsində bu iki növ balıq növünün nəsli kəsilib. Bu gün Azərbaycana Qara dənizdən kefal, Volqa, Ural çaylarından xəşəm balığı idxal olunur "

"Balıqlar yetişib, inkişaf edə bilmir, çünki..."

Zooloq Samir Məmmədov da düşünür ki, çirkli suların axıdılması dəniz canlılarının tələf olması isə nəticələnir:

"Bu səbəbdən də balıqlar yetişib, inkişaf edə bilmir. Balıqlar üçün münbit şərait getdikcə daha da pisləşir. Eyni zamanda müəyyən infeksiyalara yoluxurlar. Hansı ki bu viruslar keçici olur. Əslində ekologiyada problem olması bir başa dəniz canlılarına da təsir edir.

Vətəndaşların şikayət etdiyi balıq qıtlığına gəlincə, problem balıqların keyfiyyətində və qiymətindədir.

Seçilən
65
demokrat.az

1Mənbələr