AZ

Məşhur baş məşqçi özünə xəsarət yetirdi: “Dırnaqlarımla cırmışam” - VİDEO+FOTOLAR

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola özünə xəsarət yetirib.

Sportinfo.az xəbər verir ki, Çempionlar Liqasının 5-ci turu çərçivəsində keçirilən “Mançester Siti” – “Feyenoord” qarşılaşmasından sonra onun üzündə və başındakı cırmaq izləri diqqət çəkib.

Zədələrlə bağlı jurnalistin “Yaralarınız var. Nə olub?” sualına Qvardiola gülərək belə cavab verib:

“Dırnaqlarımla cırmışam. Özümə zərər vermək istəyirəm”.

6 qolun vurulduğu görüşdə 3-3 hesablı heç-heçə qeydə alınıb.

Onu da bildirək ki, bu qarşılaşmayadək “Mançester Siti” bütün yarışlarda beş oyun ardıcıl məğlubiyyətə uğrayıb.



Seçilən
11
sportinfo.az

1Mənbələr