AZ

Əvvəlki iş yerinə gedib işçilərə hücum etdi

Türkiyənin İstanbul şəhərinin Maslak qəsəbəsində bir müddət əvvəl aşpaz işindən qovulan 27 yaşlı Ramazan A. əvvəl işlədiyi iş yerinə gəlib və Doğukan B. və 15 yaşlı qardaşı Furkan.B.-yə ağac budağı ilə hücum edib.

News24.az “Sözcü”ə istinadən xəbər verir ki, dəhşətli hadisə cümə günü, noyabrın 22-də, yerli vaxtla saat 23.30 radələrində baş verib.

Hücum nəticəsində iki qardaş yaralanıb, Ramazan isə, həbs edilib.

Məlumata görə, Ramazan işdən çıxarılmasına görə,  həmkarı Doğukanı günahkar bilib və ona zəng edib. Onların arasında mübahisə yaranıb. Hər iki şəxs bir-birini hədələyib təhqir etdikdən sonra Ramazan iş yerinə gəlib. O,  əlindəki ağac budağı ilə içəri girərək, əvvəlcə Doğukanın qardaşının başına, daha sonra isə Doğukana hücum edib.

Məhkəməyə çıxarılan Ramazan “qəsdən xəsarət yetirmə” və “hədə-qorxu və təhqir” ittihamları ilə həbs edilərək həbsxanaya göndərilib.

Doğukan və Furkan  polis bölməsindəki əməliyyatlardan sonra sərbəst buraxılıblar.\\Medianews.az 


Seçilən
45
news24.az

1Mənbələr