AZ

Enrike: "Günahkar mənəm"

PSJ-nin baş məşqçisi Luis Enrike Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turunda "Bavariya"ya uduzduqları matç (0:1) haqqında danışıb.

Bizim.Media "Canal+"a istinadən xəbər verir ki, mütəxəssis komandanın uğursuz nəticələrinə görə bütün məsuliyyəti öz üzərinə götürüb: 

“İnsanlarda hər zaman günahkarı tapmaq istəyi var. Günahkar varsa, o da mənəm. Mən cavabdehəm. İndi günahkarı tapdınız. Bundan sonra istənilən tənqidi qəbul edirəm”.

Qeyd edək ki, PSJ ÇL-in Liqa mərhələsində daha əvvəl "Jirona"ya qalib gəlmişdi (0:1), PSV ilə heç-heçə etmişdi (1:1),  "Arsenal"a (0:2) və "Atletiko"ya isə (1:2) uduzmuşdu. Paytaxt klubu hazırda turnir cədvəlində 4 xalla 26-cıdır. 

Bizim.Media

Seçilən
2
3
bizim.media

4Mənbələr