AZ

Ərdoğan Livanda atəşkəsi alqışladı

“Türkiyə İsrail və Livan arasında bu gün səhər qüvvəyə minən atəşkəs razılaşmasını alqışlayır”.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu TürkiyəPrezidenti Rəcəb Tayyib Ərdoğan  Ankarada hakim Ədalət və İnkişaf Partiyasının parlament fraksiyasının iclasında Yaxın Şərqdəki vəziyyəti şərh edərkən deyib.

Onun sözlərinə görə, İsrail ilə Livan arasında noyabrın 27-də səhər qüvvəyə minən barışıq anlaşması Ankara üçün məmnunluq mənbəyidir.

Ərdoğan bütün tərəfləri ərazidə sakitliyi təmin etmək üçün razılaşmalara açıq-aşkar sadiq olmağa çağırıb.

Türkiyə lideri ölkəsinin Qəzza zolağında uzunmüddətli atəşkəsin təmin edilməsinə mümkün töhfə verməyə hazır olduğunu vurğulayıb.

Seçilən
21
4
qafqazinfo.az

5Mənbələr