AZ

Qaradağda 28 yaşlı gənci avtomobil vurub

Bakının Qaradağ rayonunda 28 yaşlı gənc yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

“Report” xəbər verir ki, 1996-cı il təvəllüdlü Qəhrəmanov Şəmistan Əvəz oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
8
1
musavat.com

2Mənbələr