"Xalq Bank" ASC, Korporativ satış İdarəsinin Satışa dəstək şöbəsinin mütəxəssisi vəzifəsinə vakansiya elan edir.
Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir:
Təsvir:
- Müştərilər üçün nəzərdə tutulan bank məhsullarının və xidmətlərinin genişləndirilməsi məqsədilə potensial və mövcud müştərilərin fəaliyyətinin müxtəlif meyarlarını təhlil etmək;
- Aparılmış təhlillərin nəticəsinə əsasən müştərilər üçün güzəştli tarif dərəcələrinin tətbiqinə, o cümlədən məhsul və xidmətlərin yaradılmasına dair təkliflər hazırlanmaq;
- Müştərilərin bank xidmətlərinə olan ehtiyaclarını müəyyən etməklə həmin ehtiyaclara uyğun olaraq məhsulların satışının həyata keçirilməsini təmin etmək və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində addımlar atmaq;
- Müştərilər üçün nəzərdə tutulan bank məhsulları və xidmətlərinin satışı üzrə hesabatlar hazıralmaq;
- İdarə rəisinin bu sahə üzrə verdiyi tapşırıqları yerinə yetirmək.
- Cari və planlaşdırılmış əməkdaşlıqların effektivliyini təhlil etmək;
- Görülmüş işlər üzrə hesabat vermək.
Tələblər:
- Maliyyə, menecment və ya iqtisadiyyat istiqaməti üzrə magistr təhsilin olması;
- Azərbaycan dili mükəmməl səviyyədə (rus və ingilis dili arzuolunandır);
- Yüksək səviyyədə ünsiyyət qurmaq bacarığı;
- Yüksək səviyyədə satış bacarığı;
- Maliyyə hesabatlarının təhlil etmə bacarığı;
- Tələb olunan sahə üzrə 2 illik iş təcrübəsi.
CV-nizi linkə daxil olaraq göndərə bilərsiniz.
Zemfira Ms
Fins.az