AZ

"Hər zaman Azərbaycanın yanında olduq və olmağa davam edirik"

“Türkiyə daim dostlarının yanındadır. Bu çərçivədə, ən başda can qardaşımız Azərbaycanın hər zaman yanında olduq və olmağa davam edirik”.

Bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Türkiyə Böyük Millət Məclisinin Plan və büdcə komissiyasında keçirilən büdcə müzakirələri zamanı deyib.

Nazir Qafqazda regional sülh və sabitliyin Azərbaycan-Ermənistan arasında imzalanacaq hərtərəfli sülh müqaviləsi ilə təmin olunacağını vurğulayıb.

“Azərbaycan və Ermənistanın göstərdiyi səyləri və son vaxtlar əldə etdikləri irəliləyişi məmnuniyyətlə qarşılayırıq. Bir daha vurğulamaq istəyirəm ki, Qafqazda sabitlik Azərbaycan və Ermənistan arasında imzalanacaq hərtərəfli sülh sazişi vasitəsilə əldə olunacaq. Bu məsələdə iki ölkənin göstərdiyi səyləri və son dövrdə əldə etdikləri irəliləyişi məmnuniyyətlə qarşılayırıq. Bundan sonra da “bir millət, iki dövlət” anlayışı ilə hər zaman can Azərbaycanın yanında olacağıq”, - Y.Gülər qeyd edib.

Seçilən
19
1
sportinfo.az

10Mənbələr