AZ

Əcnəbilərin Rusiyaya giriş-çıxışının yeni qaydaları tətbiq olunacaq

Dekabrın 1-dən etibarən Moskva aeroportlarında və Orenburq vilayətindəki avtomobil nəzarət-buraxılış məntəqəsində əcnəbi vətəndaşların giriş-çıxışı ilə bağlı yeni qaydalar sınaqdan keçiriləcək. SİA xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, miqrantların Rusiyaya girişi, ölkə daxilində hərəkəti və ölkədən çıxışı ən müasir texnologiyalar əsasında ciddi dövlət nəzarətinə alınmalıdır. Bundan əlavə, Moskvanın səlahiyyətli orqanları miqrantların genom qeydiyyatını və onlara elektron miqrant kartının verilməsini təşkil etməlidirlər.

Medvedevin sözlərinə görə, yeni qaydalar ölkəyə gələn şəxslərin müəyyən edilməsi və monitorinqi üçün etibarlı sistem yaratmağa yönəlib. Söhbət biometrik məlumatların toplanması və emalı, hər bir əcnəbinin rəqəmsal profilinin yaradılmasından gedir. Eksperimentin nəticələrinə əsasən qanunvericiliyə dəyişikliklər ediləcək.

Seçilən
34
3
sia.az

4Mənbələr