AZ

ABŞ Ukraynaya 725 milyon dollar məbləğində yeni hərbi yardım paketi göndərəcək

ABŞ prezidenti Co Baydenin administrasiyası Ukraynaya 725 milyon dollar məbləğində növbəti hərbi yardım köçürmək niyyətindədir...

Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyi mənbələrə istinadən məlumat yayıb.

Agentliyin xəbərinə görə, yeni paketə tank əleyhinə silahlar, dronlar, minalar, “Stinger”daşına bilən hava hücumundan müdafiə sistemləri (MANPADS), HIMARS üçün döyüş sursatları daxildir.

Reuters-in mənbəsi biuldirilb ki, silahlar ABŞ silahlı qüvvələrinin anbarlarından götürüləcək

Qeyd edək ki, dünən Politico nəşri yazıb ki, Bayden gizli şəkildə Konqresdən Ukraynaya yardım və Amerika ordusunun silah ehtiyatlarının artırılması üçün əlavə 24 milyard dollar ayrılmasına razılıq verməsini istəyib.

Poliqon.info

Seçilən
41
26
poliqon.info

10Mənbələr