AZ

Tokayev: Rusiya qazının ilk dəfə olaraq Qazaxıstan ərazisindən Özbəkistana tranzitinə başlanılıb

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Astanada dövlət səfərində olan Rusiya Prezidenti Vladimir Putin iki ölkə arasında XX Regionlararası Əməkdaşlıq Forumunun videokonfrans rejimində keçirilən plenar iclasında iştirak ediblər.

“İki sahil” Akordanın mətbuat xidmətinə istinadla xəbər verir ki, tədbirdə çıxış edən Kasım-Jomart Tokayev Qazaxıstan üçün mühüm prioritetin xaricdə müasir multimodal mərkəzlər və “quru limanlar” şəbəkəsinin yaradılması olduğunu bildirib.

“Belə əməkdaşlığın uğurlu nümunələrindən biri Rusiyanın ərazisində Selyatino stansiyasında yeni nəqliyyat-logistika mərkəzinin tikintisi olub. Tranzit dəhlizinin əks ucunda yüklər Çinin Sian şəhərində yeni tikilmiş Qazaxıstan terminalında toplanacaq. Beləliklə, Çin-Qazaxıstan-Rusiya marşrutu üzrə vahid yük tranzit sisteminin əsas dayaq məntəqələri faktiki olaraq yaradılır”, - deyə o qeyd edib.

Qasım-Jomart Tokayev məlumat verib ki, Qazaxıstan “Lukoyl” şirkəti ilə birlikdə “Kalamkas-Dəniz-Xəzər” böyük dəniz yatağının işlənməsinə başlayıb.

“Layihəyə qoyulan investisiyanın həcmi 6 milyard dollardan çox olacaq. Bundan əlavə, rusiyalı tərəfdaşlar neft-qaz-kimya layihələrinin həyata keçirilməsində fəal iştirak edirlər. “Sibur” şirkəti ilə birlikdə 2022-ci ildə biz Orta Asiyanın illik gücü 500 min ton olan ən böyük polipropilen istehsalı zavodunu istifadəyə verdik. Bu gün bu müəssisə təkcə Qazaxıstan emalçılarını xammalla təmin etmir, o həm də Rusiya, Çin, Türkiyə və digər ölkələrə məhsul ixrac edir”, - deyə dövlət başçısı bildirib.

Qazaxıstanın Prezidenti qeyd edib ki, qaz sənayesində də mühüm uğurlar əldə olunub. “İlk dəfə Rusiya qazının Qazaxıstan ərazisindən Özbəkistana tranzitinə başlanılıb. Bununla bağlı “Qazprom”la saziş imzalanıb. Rusiya qazının Qazaxıstana uzunmüddətli tədarükü üzərində iş aparılır”, - deyə o əlavə edib.

Seçilən
50
1
ikisahil.az

2Mənbələr