AZ

“Bütün günahlar məndədir”

“Allah bizi insan görkəmində dünyaya gətirir amma adam ola bilmirik. Özümə qadağa qoymuram. Özümə çox qapılmışdım ki, həyatım niyə belə oldu. Həyatım dağılmamalı idi. Susdum bir şeylərə görə və heç nəyi açıb danışa bilmədim. Yük mənim boynumda qaldı və günahkar mən çıxmış oldum. Dedim ki, eybi yox olsun, çünki o haqda danışmaq mənə yaraşmaz ki, belə bir çirkinlikləri yaşadım”.

OLAY yazır ki, bu sözləri Əməkdar artist Nigar Şabanova qonaq olduğu “Gün ortası” verilişində deyib.

Şəxsi həyatından söz açan sənətçi qarşılaşdığı xoşagəlməz hadisələrdə qarşı tərəfi deyil özünü günahkar bildiyini söylərib:

“Bu hadisələrdən sonra özümə çox qapandım. Özümə qadağalar qoyurdum amma artıq indi bunu etmirəm. Yalnış addımımı belə çox gözəl qarşılayıram. Özümə deyirəm ki, bunu yaşamalı idin. Bu yalnışı etməli idin, düzə çıxmaq üçün... Bunu isə Allah çıxardıb qarşına və sən bunu pisi və yaxşısı ilə yaşamısan. Hər nə yaşayıramsa yaşayım bu günləri... Pis şeylər yaşasamda belə onu faciəyə çevirmirəm.   Niyələr içində batmıram. Deyirəm ki, bunu yaşamalı idin. Nə gözəl, sən bunu istəyərək yaşadın, sən bunu öz icazənlə yaşadın. Allah mənə nəyi nəsib edirsə onu da yaşayaram. Mən hər şeyi yaşamağa hazır qadınam, çünki o qədər ağır şeylər yaşamışam ki, ondan ağır heç nə ola bilməz. Mümkün deyil. Ən çətini və pisi belə çox gözəl qarşılayıram, çünki hər şeyə biz özümüz icazə veririk. Biz izin verməsək həyatımızda heç bir pisi yaşamarıq. Nələrsə də yaşayacağamsa bu Allahın yazısı olacaq və mən o yazının hara nöqtəsi qoyulubsa ora qədər yaşayacağam. Acımı da gizlin çərəkəcəyəm və onu faciəyə çevirməyəcəyəm. “Həyat davam edir” deyə gedəcəyəm, çünki zamanımız çox qısadır. Baş verən şey odu da, olsun. Yəgin bunu mən istəmişəm, ona görə də olub. Mən istəməsəydim olmazdı. İstəmisən, baş verib, cəzanı çək. Nələrsə yaşayanda da qarşı tərəfi günahlandırmağa bizim haqqımız yoxdur. Heç bir şeydə, çünki biz istəmişik, biz yaşamışıq, günah məndədir. Bəzi anlar var ki, sonunu bilə-bilə onları yaşayırıq. Ən böyük pis tərəfin inanmaqdır. Sözə çox inanırdım amma indi “sözə inanan Nigar” yoxdur”.

Qeyd edək ki, Nigar Şabanova iki dəfə ailə qurub. Üç il əvvəl onun ikinci dəfə ailə qurduğu şəxs XTQ zabiti Xəyyam Qaragözov olub. Nigar daha sonra ondan qalmaqallı şəkildə boşandığını açıqlayıb. 

Seçilən
32
olay.az

1Mənbələr