13 milyon 157 min 293 manat nizamnamə kapitalı olmuş "Beverage Services" MMC şirkəti nizamnamə kapitalının azaldıldığını elan edib.
“Beverage Services” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1306760391) nizamnamə kapitalını azaltdığını elan edir. Kreditorlar 1 (bir) ay müddətində AZ1065, Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov pr.,ev 206 ünvanına (Capital Towers) müraciət edə bilərlər", - Şirkətin bildirişində deyilir.
2020-ci ilin Avqust ayında dövlət qeydiyyatına alınmış “Beverage Services” MMC-nin qanuni təmsilçisi (direktoru) Azər Vagabzadədir. Vahabzadə Azər Adil oğlu 239 milyon 213 min 156 manat nizamnamə kapitalı olan "Milla Dairy" MMC-nin (keçmiş AZ FP CO LTD) də direktorudur.