Yükdaşıyan profillər və konsol dirsəklər üçün nələrdən istifadə edilməli olduğu açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Asma fasad sistemləri. Layihələndirmə normaları”nda əksini tapıb.
Yükdaşıyan profillər və konsol dirsəklər üçün aşağıdakılardan istifadə edilməlidir:
– DÜİST 22233-ə uyğun olaraq istehsal olunan alüminium ərintilərindən profillər;
– DÜİST 24767-yə uyğun olaraq istehsal olunan alüminium ərintilərindən profillər;
– DÜİST 4986 üzrə korroziyayadavamlı təbəqə poladlar və ondan soyuqəyilmə profillər;
– DÜİST 19904 üzrə təbəqə poladlar və ondan soyuqəyilmə profillər;
– ferrit sinifli AISI 430 və austenit sinifli AISI 304, AISI 201 təbəqə poladlar;
– DÜİST 14918 üzrə sinklənmiş polad vərəq və ondan soyuq halda qatlanmış profillər:
– sink örtüyünün qalınlığı ən azı 18 mkm;
– zəif aqressiv mühit üçün polimer toz örtüyünün qalınlığı ən azı 45 mkm;
-orta aqressiv mühit üçün polimer toz örtüyünün qalınlığı ən azı 80 mkm.