İsmayıllıda inzibati bina yanıb.
Bu barədə "Unikal"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, İsmayıllı rayonunun Hacıhətəmli kəndində ümumi sahəsi 300 m² olan birmərtəbəli 8 otaqdan ibarət inzibati binanın yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub.Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.