AZ

Kafe sahibindən hədə-qorxu ilə pul tələb edən şəxslər qərardan narazıdırlar

Bakıda kafe sahibindən hədə-qorxu yolu ilə pul tələb etməkdə təqsirləndirilən Sakit Əlişov və Şahin Quliyevin barəsindəki qərardan kassasiya şikayəti verilib.


Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi İlqar Cəfərovun sədrliyi ilə araşdırılacaq.


Məhkəmənin ilkin baxış iclası hələlik açıqlanmayıb.


Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə onların hər biri 12 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.


Qeyd: Cəlilabad rayon sakini Sakit Əlişov və Qəbələ rayon sakini Şahin Quliyev Nəsimi rayonu ərazisində yerləşən kafelərin birində oranın sahibinin başına dəmir parçası ilə xəsarət yetiriblər. Daha sonra onun azyaşlı oğlunu stula bağlayıb bıçaqla hədələyərək 200 000 manat verilməsini tələb ediblər.


Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb.

 

Kamal Məmmədov 

Tarix: 28 Noyabr 2024, 09:14   
Seçilən
13
pravda.az

1Mənbələr