AZ

Azərbaycan banklarının kredit portfeli 27 milyard manatı keçdi

2024-cü ilin noyabrın 1-nə Azərbaycan banklarının cəmi kredit portfeli 27 milyard 80,5 milyon manat təşkil edib.

FED.az bu barədə Mərkəzi Bankın açıqladığı aylıq statistik bülletenə istinadən xəbər verir.

Kredit portfeli aylıq müqayisədə 374,5 milyon manat (1,4%), ötən ilin sonu ilə müqayisədə 3 milyard 897,5 milyon manat (16,8%), illik müqayisədə 4 milyard 620,8 milyon manat (20,6%) böyüyüb.

Qeyd edək ki, cəmi kredit portfeli bu ilin oktyabrın 1-nə  26 milyard 706 milyon manatın,  yanvarın 1-nə 23 milyard 183 milyon manat, ötən ilin eyni dövrünə 22 milyard 459,7  milyon manat  təşkil edib.

Seçilən
19
fed.az

1Mənbələr