ABŞ-ın hazırkı prezidenti Co Baydenin administrasiyası Livanda atəşkəsin elan edilməsi fonunda İsrailə 680 milyon dollarlıq silah paketinin satışını təsdiqləməyə çalışır.
Bu barədə “Reuters” xəbər verir.
ABŞ rəsmisinin sözlərinə görə, İsrail üçün silah paketində minlərlə dəqiq idarə olunan JDAM bombası və yüzlərlə kiçik diametrli bomba var. Paket bir neçə ay ərzində hazırlanıb və sentyabr-oktyabr aylarında Konqresdə nəzərdən keçirilib.
Bildirilir ki, ABŞ-ın avqust ayında təsdiqlədiyi və qırıcı təyyarələrin də daxil olduğu paketin dəyəri 20 milyard dollardır.
Oxuməni.az