AZ

Erməni analitik bölgəni hazır olmağa çağırdı

“Azərbaycan və Türkiyənin məqsədi quru əlaqəsi yaratmaq və türk dünyasını qurmaqdır”. Tribunainfo.az xəbər verir ki, bunu erməni politoloq Stepan Danelyan deyib.
O qeyd edib ki, bölgə geosiyasi dəyişikliklərə hazırlaşmalıdır. “Məsələn, Böyük Britaniya bu məsələdə çox fəaldır. Siyasi elmin banilərindən biri olan Makkinder və Hauholter, məsələn, yüz il əvvəl problemi müzakirə etdilər ki, Mərkəzi Asiyaya kim nəzarət edirsə, bütün dünyada hegemonluq edə bilər”.
Danelyan hesab edir ki, hazırda Orta Asiya ilə bağlı keçirilən yığıncaq və konfranslar da səbəbsiz deyil. “Son vaxtlar beyin mərkəzlərində də Trampa Mərkəzi Asiyada daha fəal olmağı tövsiyə edən məqalələr dərc olunur. Həmin məqalələrdə yazılır ki, yeni dəhlizlərin Rusiya və Çinin nəzarəti altına keçməsinə imkan verməmək lazımdır. Ən vacibi isə Orta Asiyaya gedən yol yalnız Cənubi Qafqazdan keçə bilər yanaşmasıdır. Çünki bir tərəfdə Rusiya, bir tərəfdə İran var. Başqa sözlə, Cənubi Qafqaz Mərkəzi Asiyaya açılan qapıdır və geosiyasət korifeylərinin fikrincə, dünya hökmranlığı məsələsi orada həll olunur”.
Danelyan maraqlı bir məsələyə də toxunub. O deyib ki, Qafqazda məsələləri Azərbaycan və Ermənistan həll etmir. “Söhbət çox böyük oyunlardan və oyunçulardan gedir. Bu gün Zəngəzur dəhlizi məsələsi də həmin böyük oyunçuların layihəsidir. Onun açılması üçün gərəkəcəksə, ərazi dəyişikliyinə belə gediləcək”.
Erməni politoloq deyir ki, Rusiya və İran bu ssenarinin həyata keçirilməsinə qarşı ola bilər. “Çünki bu, onların ərazi bütövlüyü baxımından problemlər yaradacaq. Çin də müəyyən mənada buna qarşı çıxa bilər. Bu da Uyğur məsələsi ilə bağlıdır. Çünki dəhliz açılarsa, türk düynası birləşməyə başlayacaq. Bu da Çin üçün əlavə problemdir. Amma bunu da birmənalı demək çətindir. Ona görə ki, bu gün Çinə yol lazımdır”.

Seçilən
23
tribunainfo.az

1Mənbələr