AZ

Ən çox və ən az pul bu rayonlarda xərclənir - TOP 5

Cari ilin yanvar-sentyabr aylarında iqtisadi rayonlar və inzibati ərazi vahidləri üzrə pərakəndə ticarət dövriyyəsinin həcmi 42 milyard 700 milyon 431 min manat olub.

Valyuta.az rəsmi məlumatlara istinadən xəbər verir ki, pərakəndə ticarət dövriyyəsi son bir ildə 3,6 % artıb. Bu dövrdə ən çox pul Bakı şəhərində xərclənib. Belə ki, Bakıda pərakəndə ticarət dövriyyəsinin həcmi 24 milyard 949 milyon 79 min manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,9 % çoxdur.

2024-cü ilin yanvar-sentyabr aylarında üzrə pərakəndə ticarət dövriyyəsinin həcminin ən yüksək olduğu 5 rayon aşağıdakı cədvəldə göstərilib: 

Pərakəndə ticarət dövriyyəsi (min manat) Pərakəndə ticarət dövriyyəsi (min manat)
Bakı şəhəri 24 949 079
Sumqayıt şəhəri 1 312 377
Gəncə şəhəri 1 164 368
Abşeron rayonu 1 105 646
Lənkəran rayonu 582 433
  Valyuta.az

Bu ilin ilk 9 ayında ən az pul xərcləyən rayon isə Xocalı rayonu olub. Belə ki, bu rayonda pərakəndə ticarət dövriyyəsinin həcmi 222 min 500 manat olub. 
2024-cü ilin yanvar-sentyabr aylarında üzrə pərakəndə ticarət dövriyyəsinin həcminin ən aşağı olduğu 5 rayon aşağıdakı cədvəldə göstərilib: 

Pərakəndə ticarət dövriyyəsi (min manat) Pərakəndə ticarət dövriyyəsi (min manat)
Xocalı rayonu 222,5
Ağdərə  651,2
Kəlbəcər rayonu 3 223,40
Xocavənd rayonu 5 083,40
Xankəndi şəhəri 5 894,30
  Valyuta.az

Əvəz Həsənov

Seçilən
16
valyuta.az

1Mənbələr