AZ

İsveçli iqlim fəalı Türkiyədə terrora dəstək verir

İsveçli

Bu yaxınlarda Türkiyəyə səfər edən isveçli iqlim fəalı Qreta Tunberq qalmaqallı paylaşım edib.

Reyting.az
xəbər verir ki, Q. Tunberq sosial media hesabında Şərqi Anadolu bölgəsini “Şimali Kürdüstan” adlandırıb.

Qeyd edək ki, Tunberq Diyarbəkir Böyükşəhər Bələdiyyəsini ziyarət etmişdi. Bu səfərdən sonra Tunberq qalmaqallı bir paylaşım edərək, “Türkiyədə real həmrəylik körpülərinin qurulması üçün kürd bölgələrinə muxtariyyət və özünüidarə vacibdir”, - yazıb.

Sosial media hesabında Vandan foto paylaşan Tunberq bu postunu “Kürdüstan” məkanı ilə paylaşıb. Terror tərəfdarı olan fəalın qalmaqalı bununla da məhdudlaşmayıb. Onun paylaşımında işlətdiyi ifadələrin PKK dilindən yazıldığı görülür.

Şərqi Anadolu bölgəsini “Şimali Kürdüstan” kimi təqdim edən Tunberq daha sonra yazıb:

“Bu yaxınlarda Şimali Kürdüstanda səyahət edirdim və müxtəlif mənşəli kürdlərlə tanış oldum. Onlar qarşılaşdıqları mövcud sistematik zülm haqqında saysız-hesabsız hekayələr danışdılar”.

ELÇİN
Seçilən
7
reyting.az

1Mənbələr