AZ

“Lion”la oyuna doğru – STATİSTİKA

“Qarabağ” bu gün UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunda “Lion”u qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüşə saat 21:45-də start veriləcək.

“Lion” bu mövsüm ciddi maliyyə problemləri yaşayır və klubun qışda əsas oyunçularından bir neçəsini satacağı gözlənilir. Maddi cəhətdən çətin dönəm keçirən fransızların nəticələri isə qənaətbəxş hesab edilə bilər. Əvvəlki əzəmətini itirən “Lion” bu mövsüm Liqa 1-də “üçlük” uğrunda mübarizə aparır. 12 turdan sonra 19 xalı olan komanda üçüncü sıradakı “Marsel”dən 4 xal geri qalır.

“Lion” Fransada son turlarda ən yaxşı formada olan komandalardandır. Pyer Sajın yetirmələri son beş matçda 2 qələbə qazanıb, 3 heç-heçə edib. Komandanın səfər oyunlarındakı statistikası isə daha yaxşıdır. Belə ki, “Lion” bu mövsüm həm liqada, həm Avropa Liqasında 7 oyundur, uduzmur. Komandada Aleksandr Lyakazett, Said Benrahma, Rayan Çerki, Malik Fofana kimi keyfiyyətli oyunçular var. Xüsusilə, hücumun sivri ucunda yer alan Lyakazett uzun müddətdir Avropada adından söz etdirməyi bacaran forvardlardandır.

Sürətli hücumları ilə diqqət çəkən “Lion”da müdafiədə də boşluqlara yol tez-tez yol verilir. Komanda bu mövsüm Avropa Liqasında son üç oyunun hər birində qol buraxıb. Çempionatda da 12 oyunda 16 qol buraxan fransızların müdafiəsi kompakt deyil. Bu, “Qarabağ” üçün əlavə üstünlük ola bilər.

“Qarabağ” Avropa Liqasında pley-off şanslarını saxlamaq üçün bu görüşdə mütləq xal və ya xallar qazanmalıdır. Məğlubiyyət komandanı daha aşağı sıralara sala bilər.

Seçilən
14
futbolpress.az

1Mənbələr