AZ

Anası İlon Maskın "zəngin" adlandırılmasını "təhqir" hesab edir

Yazını böyüt
Yazını kiçilt

Dünyanın ən varlı adamının anası Maye Mask “Fox Business”a  müsahibəsində oğlunu "zəngin" adlandıranları danlayaraq deyib ki, bu "təhqirdir". O, oğlunun daha çox "dünyanın dahisi" adlandırılmalı olduğunu bildirib.

Hafta.az-ın yazdığına görə, oğlu indi seçilmiş prezident Donald Trampın "birinci dostu" və İctimai Effektivlik Departamentinin (DOGE) rəhbəri olduqdan sonra, Maye Mask 53 yaşlı oğlunun nailiyyətlərini tərifləyib.

İlon Maskın SpaceX, Tesla və X (Twitter) şirkətləri haqqında danışmaqdan əlavə, o, oğlu ilə Trampın xüsusilə seçkidən sonra necə yaxşı yola getdiyindən də söz açıb.

"Mən onları birlikdə görmüşəm, amma çox qısa müddətə. Mən Nyu Yorkda yaşayıram və onlar ya Mar-a-Lagoda, ya da SpaceX-in buraxılış meydanındadırlar və sanki əylənirlər. Onların əylənməsi də çox xoşdur. İlon ona həqiqətən hörmət edir", - Maye Mask deyib.

Maye, oğlu və DOGE həmsədri Vivek Ramasvami üçün federal işçi qüvvəsini ixtisar etməyin və xərcləri azaltmağın "çox asan" olacağını iddia edərək, İlon Maskın 2022-ci ildə Twitter-i əldə etməsindən sonra birdən-birə işdən çıxarılma hallarına toxunub.

Maye oğlunun ritorikası ilə səsləşərək mətbuatı sərt şəkildə tənqid edib. "Onlar bunu əsas media adlandırırlar, amma mən onlara vicdansız demokrat media deyirəm, onlar bu əlaqələri məhv etməyə çalışacaq, hər şeyə nifrət yayacaqlar. Mən bu haqda İlona da  dedim və o, bunu gözlədiyini söylədi” o deyib.

Maye Varniyə deyib: “Mən “zəngin” və ya “milyarder” kimi sözləri sevmirəm, çünki onların alçaldıcı olduğunu düşünürəm. Düşünürəm ki, o, dünyanın dahisidir və insanlar onu buna görə, etdiyi işlərə görə sevir və hörmət edirlər. Mən də onunla fəxr edirəm”.

Mayenin şərhləri sosial şəbəkələrdə paylaşılmağa başlayanda qısa zamanda lağ mövzusuna çevrilib. Məsələn, bir çox insanlar “The Simpsons” filminin pafoslu personajı Milhauz van Houteni misal göstərib. Hətta kimsə cizgi filmində Milhauzun üzərinə İlonun şəklini də yerləşdirib.

"Ona görə edirəm ki, anan “Fox News”a girib hamıya sənin necə yaxşı, təsirli uşaq olduğunu söyləməsin”, - Wonkette-nin idarəedici redaktoru Evan Hurst “Bluesky”ə zarafat edib.

Sosial media hesablarından biri, "Dünyanın ən güclü adamlarından birinin anasının "xəbərlərə" çıxaraq insanların onun uşağına nifrət etməsindən şikayətlənməsini Şimali Koreya səviyyəsindəki diktatura cəfəngiyyatı" adlandırıb. Başqa bir “Bluesky” istifadəçisi əlavə edib: “Anası xəbərlərə çıxır və onu “dünyanın dahisi” adlandırır, insanlara onunla “pis rəftar etməyin” deyir. Aparıcı ona “dayan” desəydi, mən utanıb ölərdim”.

Seçilən
36
hafta.az

1Mənbələr