AZ

Daşkənddə keçirilən sammitdə Azərbaycan nümayəndələri də iştirak edib

Daşkənddə Özbəkistan İnkişaf və Tənzimləmə Agentliyi (ÖİTA) Asiya İnkişaf Bankı ilə birgə “Regional enerji islahatları: tənzimləyici təcrübələrin gücləndirilməsi” adlı sammit keçirib.

Tədbirdə Özbəkistandan başqa Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Gürcüstan və Türkiyədən olan ekspertlər iştirak edib. 

Ölkəmizi bu tədbirdə Energetika Nazirliyinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin şöbə müdirlərii Ağa Hacızadə və Elmar Güləliyev təmsil ediblər. 

ÖİTA-nın direktoru Şerzod Xocayev sammiti açaraq bildirib ki, qlobal dəyişikliklər və texnologiyanın sürətli inkişafı şəraitində bizim vəzifəmiz təkcə tendensiyaları izləmək deyil, həm də digər ölkələrin ən yaxşı təcrübələrini nəzərə alaraq strategiyamızı formalaşdırmaqdır.

O bildirib ki, son beş ildə respublikada elektrik enerjisinə tələbat 1,6 dəfə artıb.

Hazırda bu rəqəm ildə 86 milyard kilovattsaata çatıb. O deyib ki, artan tələbatı ödəmək üçün biz 2030-cu ilə qədər hasilatın həcmini 135 milyard kilovattsaata çatdırmalıyıq,

Sonra iştirakçı ölkələrin nümayəndələri “Regional enerji islahatları: tənzimləyici təcrübələrin gücləndirilməsi” sammitində çıxış ediblər. 

Tədbirdə  tənzimləyici islahatların əsasları, enerji bazarının dinamikası, davamlı enerjiyə keçid, sənayedə rəqəmsallaşma və innovasiyalar müzakirə olunub.

A. Hacızadə öz çıxışında təmsil etdiyi agentliyin fəaliyyəti haqqında danışaraq deyib ki, yarandığı gündən agentlik elektrik enerjisi sahəsinin liberallaşdırma yolu ilə yenidən qurulması, həmçinin elektrik enerjisi bazarlarnın yaradılması və bu sahədə dövlət tərəfindən tənzimləmə rəcrübəsini öyrənir. Bununla əlaqədar biz müxtəlif dövlətlərin, beynəlxalq institutların, təşkilatların və professional birliklərin tənzimləyiciləri ilə sıx əməkdaşlıq edirik. O deyib ki, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Dünya Bankı, Avropa Enerjitənzimləyicilər Şurası kimi beynəlxalq maliyyə İnstitutları, həmçinin xarici dövlətlərin əlaqəli qurumları ilə münasibətlər qurmuşuq.

Özbəkistanla bu sahədə münasibətlərə toxunan Ağa Hacızadə bildirib ki, 2023-cü il avqustun 22-də Azərbaycanın və Özbəkistanın energetika nazirlikləri arasında enerji sahəsində münasibətlərin inkişafı ilə bağlı 2023-2025-ci illər üçün Yol Xəritəsi qəbul olunub və əməkdaşlığımız davam edir. 

Qulu Kəngərli

XQ-nin Türküstan üzrə xüsusi müxbiri

Daşkənd 

 

Seçilən
7
1
xalqqazeti.az

2Mənbələr