ABŞ vətəndaşı Mayql Salllivanı 27 ildən sonra qətl törətmədiyi subut olunub.
Azpost.info Associated Press- ə istinadən yazır ki, Maykl Sallivanın həbsxanada oturduğu 27 il ərzində anası və dörd qardaş və bacısı vəfat edib, sevgilisi onu tərk edib. Həbsxanada bir neçə dəfə şiddətli şəkildə döyülüb.
Sallivanın həyatı heç vaxt törətmədiyi qətlə görə alt-üst olub.
Bu ay Massaçusets andlılar məhkəməsi 64 yaşlı Sallivanın 1986-cı ildə Uilferd Makqratın qətlində günahkar olmadığı barədə qərar verib. Ona 13 milyon dollar təzminat ödənilməsi barədə qərar çıxarıb.
Münsiflər heyəti həmçinin müəyyən edib ki, 1986-cı ildə əyalət polisində çalışan kimyaçı məhkəmədə yalan ifadə verib.
Polis 1987-ci ildə Makqratın qarət edildiyini və döyülərək öldürüldüyünü açıqlayıb. Bundan sonra Sallivan qətl və silahlı quldurluqda təqsirli bilinib. Polis müəyyən edib ki, Sallivanın bacısı qətldən bir gün əvvəl Makqratla görüşüb və hər ikisi Sallivanın da yaşadığı mənzilə gedib. Bunu bidikdən sonra polis Sallivanla bağlı qərarı verib.
Qətldə şübhəli bilinən digər şəxs Harri Qreys də Sallivanı ittiham edib. Qreysin üzərindən qətl ittihamları götürülüb. Sallivan isə günahkar bilinərək ömürlük həbs cəzasına məhkum edilib.
Qreys qətldə iştirakda təqsirli bilinib və 6 il müddətinə azadlıqdan məhrum edilib. Makqratı döyən və cəsədini gizlətməyə kömək edən Emil Petrla ikinci dərəcəli qətldə təqsirli bilinib. O, şərti azad olunma ehtimalı ilə ömürlük həbs cəzasına məhkum edilsə də, həbsxanada vəfat edib.
Lakin 2011-ci ildə Sallivanın vəkili onun günahsız olduğunu göstərən ilk məhkəmədə DNT testi tələb edib. Nəticədə məlum olub ki, Sallivan günahkar deyil.
2012-ci ildə məhkəmə yeni qərar veri çıxarıb və Sullivan 2013-cü ildə sərbəst buraxılıb.
2014-cü ildə Ali Məhkəmə Sallivan üçün yeni məhkəmə araşdırmasının təmin edilməsi barədə qərarı qüvvədə saxlayıb. 2019-cu ildə ştat işə yenidən baxılmasından imtina edib.
Azpost.info