AZ

İqtisadçı-ekspert: Azərbaycanın gəlirlərinin neft asılılığından kəskin azalması görünmür...

2025-ci il büdcə layihəsində qeyri-neft-qaz sektorunun ÜDM-də payı 70%-i ötəcəyi göstərilir...

Xalid Kərimli: “Təəssüf ki, Azərbaycan büdcəsinin yenə yarıdan çoxu neft sektorundan gələn gəlirlərdən formalaşır”.

“Deyə bilərik ki, Azərbaycanın büdcə gəlirlərinin neft-qazdan transfer olunması əmək haqqı və pensiyaların verilməsində ciddi problemlər yarada bilər”.

Bu sözləri iqtisadçı-ekspert Xalid Kərimli Azərbaycanın büdcə layihəsində qeyri-neft-qaz sektorunun ÜDM-də payının 70%-i ötəcəyi xəbərini Poliqon-a şərh edərkən qeyd edib.

Milli Məclisdə müzakirə olunan 2025-ci il büdcə layihəsində qeyri-neft-qaz sektorunun ÜDM-də payı 70%-i ötəcəyi göstərilir. Sənədə əsasən Azərbaycanın ümumi daxili məhsulunda (ÜDM) qeyri-neft-qaz sektorunun payının 2025-ci ildə 68%-dən 71,3%-ə yüksələcəyi gözlənilir.

Ümumilikdə, Azərbaycanda qeyri-neft-qaz sektorunun vəziyyətini necə dəyərləndirmək olar və qeyri-neft-qaz sektorunun ÜDM-də payının 70%-i ötməsi artıq ölkəmizin gəlirlərinin neft asılılığının kəskin azaldığını göstərirmi?

Mövzunu Poliqon-un əməkdaşı iqtisadçı-ekspert Xalid Kərimli ilə müzakirə edib.

Xalid Kərimli: “2030-cu ildə Azərbaycanın büdcə gəlirlərində neft-qaz sektorunun rolu azalsa, böyük nailiyyət olacaq”.

Azərbaycan büdcəsinin yarıdan çoxunun neft sektorundan gələn gəlirlərdən formalaşdığını nəzərə çatdıran ekspert vurğulayıb ki, Azərbaycanın valyuta ehtiyatlarının 90 faizdən çoxu neft-qaz sektorunun ixracından formalaşır:

Azərbaycanın gəlirlərinin neft asılılığından kəskin azalması görünmür. Təəssüf ki, Azərbaycan büdcəsinin yenə yarıdan çoxu neft sektorundan gələn gəlirlərdən formalaşır. Azərbaycanın valyuta ehtiyatlarının 90 faizdən çoxu neft-qaz sektorunun ixracından formalaşır.

Bunları nəzərə alanda deyə bilərik ki, Azərbaycanın büdcə gəlirlərinin neft-qazdan transfer olunması əmək haqqı və pensiyaların verilməsində ciddi problemlər yarada bilər.

Güman edirəm ki, 2030-cu ildə Azərbaycanın büdcə gəlirlərində neft-qaz sektorunun rolu azalsa, böyük nailiyyətolacaq”.

Nərminə UMUDLU
Poliqon.info

Seçilən
7
poliqon.info

1Mənbələr