Noyabrın 28-nə keçən gecə ruslar yenidən partlayışlardan şikayətləniblər. Partlayılar həm Rostov vilayətində, həm də Krasnodar diyarında eşidilib.
Bu barədə Rusiyanın Telegram kanalı məlumat yayıb.
İlk növbədə, partlayışların Rostov vilayətinin Taqanroq şəhərində baş verdiyi barədə məlumatlar ortaya çıxıb. Yerli sakinlərin sözlərinə görə, hava hücumundan müdafiə qüvvələri guya Ukrayna pilotsuz təyyarələrinin hücumunu dəf edib.
Daha sonra saat 02:42-də Telegram ASTRA yazıb ki, Krasnodar diyarının sakinləri partlayışlar barədə məlumat verirlər. Xüsusilə, ardıcıl partlayışlar Slavyansk-Kuban və Krımskda eşidilib.
Yayımlanan kadrlarda güclü partlayışlara oxşayan səslər eşidilir. İddia edilən hücumun nəticələri barədə hələlik rəsmi məlumat yoxdur.
Xatırladaq ki, dünən Rusiyanın işğal etdiyi Krımda partlayışlar olub. Ruslar yarımadaya Ukrayna tərəfindən raket hücumu edildiyini bildiriblər. Həmçinin, partlayışların Kerçdə də baş verdiyi ehtimal edilir.
Bundan əlavə, Sevastopolda partlayış səsləri eşidilib. Crimean Wind kanalının məlumatına görə, şəhərdə yerüstü ictimai nəqliyyatın hərəkəti dayandırılıb.
Oxuməni.az