AZ

Rusiya darmadağın etdi, Ukraynada enerji kəsildi

Ukraynanın bütün bölgələrində Rusiyanın kütləvi raket və dron hücumu səbəbindən elektrik enerjisi kəsilib.

Axar.az xəbər verir ki, bunu Ukraynanın energetika naziri German Qaluşenko deyib.

“Yenə də enerji düşmənin kütləvi hücumu altındadır. Ukraynanın hər yerində enerji obyektlərinə hücumlar baş verir. “Ukrenergo” təcili olaraq fövqəladə elektrik kəsilməsini tətbiq edib”, - o bildirib.

Qaluşenkonun sözlərinə görə, hücumun nəticələri barədə məlumat təhlükəsizlik şəraiti imkan verən kimi dəqiqləşdiriləcək.

Qeyd edək ki, bundan öncə səhərə yaxın Rusiyanın yeddi Tu-95MS strateji bombardmançı təyyarəsinin səmaya qalxdığı, saat 05:03-də isə Qara dənizdən “Kalibr” raketi ilə Ukraynaya hücum edildiyi bildirilmişdi.

Seçilən
18
2
axar.az

3Mənbələr