AZ

Paşinyan Qərblə Şərq arasında: İrəvan sammitdən niyə imtina etdi?

Bakı. Trend:

Ermənistan geosiyasi maraqların kəsişmə nöqtəsində yerləşərəkRusiyadan iqtisadi asılılıq ilə Qərbə doğru siyasi yönəlmə arasındamanevr etməyə çalışır. Rusiya ilə iqtisadi baxımdan möhkəm olanəlaqələr siyasi fikir ayrılıqları ilə çətinləşir. Son hadisələr, ocümlədən, Avrasiya İqtisadi İttifaqının (Aİİ) sammitinin İrəvandanSankt-Peterburqa keçirilməsi və Ermənistanın KollektivTəhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və MDB tədbirlərindəiştirakdan imtinası İrəvanın yürüdülən çoxvektorlu siyasətininxaotikliyini, ən başlıcasıda kollektiv Qərbin göstərişlərindən tamasılı olduğunu bir daha nümayiş etdirir.

Bu gün Astanada Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan vəTacikistanın iştirakı ilə Kollektiv Təhlükəsizlik MüqaviləsiTəşkilatının (KTMT) illik sammiti başlayıb.

Əsas müzakirə mövzuları yeni Avrasiya strategiyasınınhazırlanması, Tacikistan-Əfqanıstan sərhədində təhlükəsizliyingücləndirilməsi və kollektiv təhlükəsizlik sisteminin inkişafperspektivləri oldu. Ermənistanın təşkilatda dondurulmuş üzvlüyüsəbəbindən sammitdə iştirak etməməsi xüsusi diqqət çəkərək KTMTüzvlərinin tam konsolidasiyası perspektivlərini sual altınaqoyur.

Rusiya ilə Qərb arasında gərginliyin artdığı şəraitdə KTMTAvrasiya məkanında mövqelərini möhkəmləndirməyə diqqət yetirir.Rusiya Federasiyası prezidentinin köməkçisi Yuri Uşakovun qeydetdiyi kimi, "təşkilat regionda əsas təhlükəsizlik mexanizmi rolunugücləndirərək, yeni strategiyasını bərabər və bölünməztəhlükəsizlik arxitekturasının formalaşması üçün bazaya çevirməkniyyətindədir".

Sammitdə əsas müzakirə mövzularından biri Tacikistan-Əfqanıstansərhədində infrastrukturların yaxşılaşdırılması üzrə dövlətlərarasıproqramın təsdiqidir. KTMT-nin baş katibi İmanqali Tasmaqambetovundediyinə görə, Əfqanıstanın terrorizm və narkotik qaçaqmalçılığı dadaxil olmaqla potensial təhlükə mənbəyi olması faktdır. Onunsözlərinə görə, qəbul ediləcək proqram Mərkəzi Asiyadatəhlükəsizliyin üzv ölkələrin birgə səyləri ilə gücləndirilməsinəimkan yaradacaq.

Sammitdə ayrıca, Qırğızıstanın 2025-ci ildə sədrliyiperspektivləri və İkinci Dünya Müharibəsində Qələbənin 80 illiyininbirgə qeyd olunması məsələlərinə xüsusi diqqət yetiriləcək.Sözügedən təşəbbüslər KTMT-nin tarixi yaddaşı qorumaq və üzvlərarasında mədəni-tarixi əlaqələri gücləndirmək niyyətinivurğulayır.

Rəsmi olaraq tədbirdə iştirakdan imtina edən Ermənistansənədlərin "məhdud formatda" təsdiqinə razılıq verib. Təbii ki, buqərar İrəvanın KTMT-də gələcəyi ilə bağlı suallar doğurur.Ermənistanın üzvlüyünün dondurulması Cənubi Qafqaz regionundatəhlükəsizliklə bağlı təşkilatın mövqeyindən narazılıqla bağlıdır.Buna baxmayaraq, Uşakov Ermənistanın tam əməkdaşlığa qayıdacağınaümid etdiyini ifadə edib.

İrəvanın qərarı üzvlər üçün daxili qarşılıqlı əlaqəmexanizmlərinin yenidən nəzərdən keçirilməsinin zərurətini göstərənbir siqnal oldu. Ermənistanın iştirakı olmadan sənədlərinimzalanmasına baxmayaraq, onların bütün üzvlər tərəfindənlegitimliyi sual altındadır.

Bu arada NATO ilə münasibətlərdə gərginliyi nəzərə alaraq, KTMTAvrasiyanın əsas oyunçuları, o cümlədən Çin və İran ilə əməkdaşlığıinkişaf etdirməyə yönəlir. Belə əməkdaşlığa misal olaraq, KTMT üzvölkələrinin təhlükəsizlik xidmətlərinin Şanxay ƏməkdaşlıqTəşkilatı, MDB və BMT nümayəndələrinin iştirakı ilə oktyabr ayındanarkotik qaçaqmalçılığına qarşı həyata keçirdikləri əməliyyatıgöstərmək olar.

Prinsip etibarilə Astana sammiti KTMT-nin Avrasiya məkanındatəhlükəsizliyi gücləndirmək üçün potensiala malik olduğunu nümayişetdirməlidir. Fəqət təşkilat daxili ziddiyyətlər və iştirakçılararasında birliyin olmaması kimi çağırışlarla üzləşir. Avrasiyastrategiyasının hazırlanması və Tacikistan-Əfqanıstan sərhədindətəhlükəsizliyin artırılması, təşkilatın mövcud təhlükələrə cavabverməyə hazır olduğunu təsdiqləyir. Bununla belə, Ermənistanıntədbirdə iştirak etməməsi qarşılıqlı fəaliyyət mexanizmlərininyenidən nəzərdən keçirilməsini və gələcəkdə parçalanmadan qaçmaqüçün tədbirlərin görülməsini zəruri edir.

KTMT yeni Avrasiya təhlükəsizlik arxitekturasında mərkəzi yertutmağa can atır ki, bu da bütün iştirakçıların konsolidasiyasını,qonşu regionlarla dialoqun gücləndirilməsini və qəbul edilmişqərarların effektiv həyata keçirilməsini tələb edir. Təşkilatıngələcəyi dəyişən geosiyasi reallıqlara uyğunlaşma qabiliyyətindənasılı olacaq. Bu, təşkilatın beynəlxalq arenada mövqelərinigücləndirməsi və inkişafı üçün baza rolunu oynayacaq.

Rusiya ilə Ermənistan arasındakı münasibətlər hazırda çoxmürəkkəb, hətta keçid mərhələsi adlandırıla bilən bir dövr yaşayır.Ermənistanın Moskvadan iqtisadi asılılığı onun Qərbin təhlükəsizlikvə xarici siyasət strukturlarına inteqrasiya etməyə yönəlmişcəhdləri ilə ziddiyyət təşkil edir. Ermənistanın Avrasiya İqtisadiİttifaqı (Aİİ), KTMT və MDB platformalarındakı iştirakı artıqmüttəfiqlik öhdəliklərinə sadiqlikdən daha çox, iki dünya arasındabalans yaratmaq cəhdi kimi qəbul edilir. Bu yanaşma stratejiuzaqgörənlik məsələlərini gündəmə gətirir və ənənəvi tərəfdaşlamünasibətlərin gərginləşməsinə səbəb olur, Ermənistanın davranışxəttinin sabitliyini şübhə altına alır.

Aİİ sammitinin yerinin dəyişdirilməsi müxalifət tərəfindənhökumətin ölkənin nüfuzunu zədələməsi kimi tənqid edildi. AmmaMoskva bu məsələyə sakit yanaşaraq, diqqəti ittifaqın iqtisadisəmərəliliyinə yönəltdi. İttifaq ölkələri arasında 2024-cü ilərzində ticarət dövriyyəsinin 2,5 dəfə artması əməkdaşlığınqarşılıqlı faydasını təsdiqləyir. Bununla belə, Ermənistancəmiyyətində Qərbyönlü meyllər güclənir və Nikol Paşinyan xariciöhdəliklərlə daxili siyasi çağırışlar arasında balans yaratmağaçalışır.

Ermənistanın Astanadakı KTMT sammitində iştirakdan imtinası dahaaçıq siyasi siqnal kimi qəbul edilir. Azərbaycanla münaqişə zamanıtəşkilatın effektivliyinin aşağı olması Ermənistan cəmiyyətindətəşkilata qarşı inamsızlığı artırır. Buna baxmayaraq, Rusiyapraqmatizm nümayiş etdirir və baş nazir Nikol Paşinyanadministrasiyasının açıq Qərbyönümlü kursuna baxmayaraq, onunlamünasibətləri qoruyub saxlamağa çalışır. Gümrüdəki Rusiya hərbibazasının ikitərəfli əsaslarla qalması əməkdaşlığın əsas elementiolaraq qalır.

MDB-dən uzaqlaşma və təhlükəsizlik orqanları rəhbərləriningörüşü kimi tədbirlərə qatılmamaq Ermənistan hakimiyyətindəkiQərbyönümlü qüvvələrin təsirini təsdiqləyir. Bu addımlarErmənistanın iqtisadi cəhətdən Rusiyadan asılı olmasına baxmayaraq,daha müstəqil siyasət yürütmək cəhdi kimi yozula bilər.

İrəvan və Moskva arasındakı asimmetrik münasibətlər Ermənistanınsiyasəti üçün ciddi risklər yaradır. İqtisadi asılılıq Rusiyadantam ayrılmağa imkan vermir, lakin Qərbyönümlü ambisiyalar daxiliziddiyyətlər yaradır və hər iki geosiyasi mərkəzlə münasibətlərinpisləşməsinə səbəb ola bilər. Belə çoxvektorlu strategiya dəqiqhesablamalar və diplomatik ustalıq tələb edir, çünki "iki stuldaoturmaq" cəhdi tez-tez uğursuzluqla nəticələnir.

Nikol Paşinyanın geosiyasi xəritədə Ermənistanın yerinibəlirləyəcək strateji qərar qəbul etməsi zəruridir. Rusiya ilə Qərbarasında barraj vurmaq, daha doğrusu, vurnuxmaq getdikcə daha çətinbir vəzifə halına gəlir.

Qlobal siyasətlə bahəm, Cənubi Qafyqaz bölgəsində dəreallıqların sürətlə dəyişməkdə olduğunu nəzərə alsaq, NikolPaşinyan gec də olsa, düşünülmüş siyasət yürütməyə başlamağaməhkumdur.

Fəqət, bacaracaqmı və ya istəyəcəkmi?

Seçilən
24
5
az.trend.az

6Mənbələr