AZ

UEFA Avropa Liqası: “Qarabağ”, “Qalatasaray”, “Fənərbağça” və “Beşiktaş” həlledici matçlara çıxır

UEFA Avropa Liqasında Liqa mərhələsində bu gün V turun oyunları keçiriləcək.

Heftelik.az-ın Report-a istinadən verdiyi məlumata görə, maraqlı görüşlərdən biri İngiltərədə “Tottenhem” və “Roma” arasında baş tutacaq.

“Mançester Yunayted” də evdə oynayacaq. Ruben Amorimin komandası Norveçin “Budyo Qlimt” klubu ilə üz-üzə gələcək.

Türkiyə klublarından “Qalatasaray” səfərdə AZ-ın (Niderland), “Fənərbağça” “Slaviya”nın (Çexiya) qonağı olacaq. “Beşiktaş” isə Macarıstanda “Makkabi” (Təl-Əviv, İsrail) ilə qarşılaşacaq.

“Qarabağ”ın Liqa mərhələsindəki digər rəqibləri FKSB (Rumıniya) və “Olimpiakos” (Yunanıstan) isə Rumıniyada üz-üzə gələcək.

UEFA Avropa Liqası

Liqa mərhələsi

V tur

28 noyabr

21:45. “Latsio” (İtaliya) – “Ludoqorets” (Bolqarıstan)
21:45. AZ (Niderland) – “Qalatasaray” (Türkiyə)
21:45. “Qarabağ” (Azərbaycan) – “Lion” (Fransa)
21:45. “Dinamo” (Kiyev, Ukrayna) – “Viktoriya” (Çexiya)
21:45. “Atletik” (İspaniya) – “Elfsborq” (İsveç)
21:45. “Anderlext” (Belçika) – “Portu” (Portuqaliya)
21:45. “Beşiktaş” (Türkiyə) – “Makkabi” (Təl-Əviv, İsrail)
21:45. RFS (Latviya) – PAOK (Yunanıstan)
00:00. “Mançester Yunayted” (İngiltərə) – “Budyo Qlimt” (Norveç)
00:00. “Tottenhem” (İngiltərə) – “Roma” (İtaliya)
00:00. “Slaviya” (Çexiya) – “Fənərbağça” (Türkiyə)
00:00. “Real Sosyedad” (İspaniya) – “Ayaks” (Niderland)
00:00. “Braqa” (Portuqaliya) – “Hoffenhaym” (Almaniya)
00:00. “Ferentsvaroş” (Macarıstan) – “Malmö” (İsveç)
00:00. “Midtyullann” (Danimarka) – “Ayntraxt” (Almaniya)
00:00. “Nitsa” (Fransa) – “Reyncers” (Şotlandiya)
00:00. “Tvente” (Niderland”) – “Yunion” (Belçika)
00:00. FKSB (Rumıniya) – “Olimpiakos” (Yunanıstan)

Qeyd edək ki, Liqa mərhələsində VI tura dekabrın 11-də start veriləcək.

Seçilən
6
23
heftelik.az

10Mənbələr