AZ

Mİ6-nın keçmiş rəhbəri: Avropa Rusiya ilə əsl müharibə vəziyyətindədir...

MI6-nın (Böyük Britaniya xarici kəşfiyyat xidməti) keçmiş rəhbəri Riçard Dirlov hesab edir ki, Avropa Rusiya ilə müharibədən əvvəlki vəziyyətdə deyil, əsl müharibə vəziyyətindədir...

Poliqon Sky News telekanalına istinadən xəbər verir ki, o, Polşanın baş naziri Donald Tuskun Avropanın müharibədən əvvəlki dövrdə olması ilə bağlı qiymətləndirməsi ilə razı olmadığını bildirib.

"Məncə, rusların bizimlə müharibə vəziyyətində olduqlarını düşünmələri faktını qəbul etməliyik. Donald Tusk bunu müharibədən əvvəlki vəziyyət adlandırıb. Məncə o səhv edir. İnanıram ki, bu, əsl müharibədir. Artıq biz müxtəlif Avropa ölkələrində rusların çox aqressiv hərəkətlərini açıq şəkildə görə bilərik", deyə keçmiş kəşfiyyat rəhbəri qeyd edib.

Qərb liderlərinin Rusiya prezidenti Vladimir Putinin çağırışına cavab verməli və kommunikasiya siyasəti seçməli olub-olmaması ilə bağlı sualı cavablandıran Dirlav qeyd edib ki, o, həmişə rəqibləri və ya düşmənləri ilə dialoqa inanıb.

Poliqon.info

Seçilən
6
poliqon.info

1Mənbələr