Hollandiya Fransanın uzaqmənzilli raketlərin yaradılması təşəbbüsünə qoşulmaq qərarına gəlib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Hollandiya müdafiə naziri Ruben Brekelmans X səhifəsində yazıb.
“Avropa ölkələrinin uzaqmənzilli raketlərə ehtiyacı var. Buna görə də mən Parisdə elan etdim ki, Hollandiya onları inkişaf etdirmək üçün Fransanın təşəbbüsünə qoşulmaq istəyir” - yüksək səviyyəli müdafiə rəsmisi bildirib.
Fransanın təşəbbüsü çərçivəsində Avropa ölkələri 1000-2000 kilometr mənzilli yerüstü qanadlı raketlər hazırlamaq istəyirlər. Layihədə Böyük Britaniya, Almaniya, İtaliya, Polşa və İsveç də iştirak edir. Tamamlanması üçün bir neçə il çəkəcəyi gözlənilir.