AZ

İsrail ordusu Livanda girişi qadağan edilən yaşayış məntəqələrinin xəritəsini DƏRC ETDİ – FOTO

İsrail ordusu Livanın cənubunda girişi qadağan edilən yaşayış məntəqələrini göstərən xəritə dərc edib.

İnterpress.az xəbər verir ki, bu barədə İsrail ordusunun sözçüsü Adrai X hesabında yazıb.

“İndiki mərhələdə bu ərazilərin sakinlərinə növbəti xəbərdarlıq edilənə qədər evlərinə qayıtmaq qadağandır. Bu xəttin cənubuna gedən hər kəs özünü təhlükəyə atmış olar”, – Adrai qeyd edib.

Noyabrın 27-də Livanda atəşkəs razılaşması qüvvəyə mindikdən sonra bir neçə pozuntu qeydə alınıb. Şübhəli şəxslər yuxarıda qeyd olunan yaşayış məntəqələrinə keçməyə cəhd ediblər.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
14
interpress.az

1Mənbələr