AZ

Tatlısəsin nəvələrində xəstəlik aşkarlandı - FOTO

İbrahim Tatlısəsin nəvələrinin səhhətində problem yaranıb.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İbrahim Tatlısəsin oğlu müğənni İdo Tatlısəsin həyat yoldaşı Yasemin Şefkatlı əkiz körpələrinin gözyaşı kanalında problem olduğunu bildirib.

Şefkatlı açıqlamasında "Həmişə uşaqların gözləri niyə yaşlıdı?" deyə soruşursunuz, "Uşaqlarda gözyaşı kanalının tıxanması problemi var. Əmirin də bir gözündə var, inşallah keçər" sözlərini deyib.

Qeyd edək ki, Türkiyəli müğənni İbrahim Tatlısəsin Derya Tunadan olan oğlu İdo Tatlısəsin bu il iki oğlu dünyaya gəlib. Məşhurlar əkizlərdən birinə İbrahim Ayel, digərinə isə Sinan Əmir adını verib.

Fidan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
10
2
milli.az

3Mənbələr