AZ

"Azərbaycan göstərdi ki, dedikləri nağıl deyil" - Manvel Sarkisyan

"Demarkasiya və delimitasiya ilə bağlı əsasnamə təsdiqlənəndə Azərbaycanın rəsmi şəxslərindən biri elan etdi ki, əgər belə bir tənzimləmə varsa və əsas məqsəd sərhədlərin müəyyənləşdirilməsidirsə, deməli, həmin ərazidə heç bir müşahidəçi ola bilməz". 

"Unikal" xəbər verir ki, bunu erməni politoloq Manvel Sarkisyan açıqlayıb. 

Onun sözlərinə görə, Azərbaycan tərəfinin tələblərindən biri də odur ki, Azərbaycan-Ermənistan sərhədində üçüncü tərəf müşahidəçiləri olmamalıdır: "Əminəm ki, müşahidəçilər getməyənə qədər heç bir demarkasiya işi olmayacaq. Düzdür, Ermənistandan da yüksək səviyyədə deyilib ki, əgər sərhəddisə, onda onların burada olmasının nə mənası var? Yəni elan edirlər ki, biz əvvəldən demarkasiya aparaq, sonra müşahidəçiləri çıxaraq. Məsələn, Tavuş sektorunda 12 km-lik demarkasiya kimi - orada müşahidəçi yoxdur. 

Ancaq bütün bunlara qarşı çıxa bilmək üçün özünüzü necə təqdim etdiyinizi bilməlisiniz. Bizdə bunu öz daxili auditoriyası üçün deməyi xoşlayırlar, amma bu illər ərzində Azərbaycan göstərdi ki, dedikləri nağıl deyil. Ermənistanda ancaq “suveren siyasət” sözünü öyrəniblər".

Ağarza Elçinoğlu 

Seçilən
50
49
unikal.az

10Mənbələr