Bakı. Trend:
Latviya Qarabağın inkişafına böyük nikbinliklə yanaşır.
Trend xəbər verir ki, bunuLatviyanın Azərbaycandakı səfiri Edqars Skuya Bakıda"Azərbaycan-Latviya informasiya və şəbəkə görüşü" mövzusundakeçirilən tədbir çərçivəsində bildirib.
"Qeyd etmək istəyirəm ki, ölkələrimiz arasında münasibətləriyüksək qiymətləndiririk. Bu əlaqələr tarixi köklərə əsaslanır:bizim uzunmüddətli ənənələrimiz və zəngin tariximiz var. Hər ikiölkənin iş adamları və biznes icmaları qarşılıqlı əməkdaşlığa,əlaqələrimizin genişləndirilməsinə və dərinləşdirilməsinəçalışırlar.
Siyasi müstəvidə isə biz həmişə Azərbaycanın suverenliyini vəərazi bütövlüyünü tam dəstəklədiyimizi vurğulayırıq.
Ölkənin, regionların, eləcə də, sürətlə inkişaf edən Qarabağıngələcəyinə böyük nikbinliklə baxırıq. Əminəm ki, Qarabağrespublikanın ən gözəl regionlarından birinə çevriləcək", — deyəsəfir qeyd edib.