AZ

Rusiya Ukraynanın enerji obyektlərinə kütləvi HÜCUMA KEÇDİ

Rusiya Ukraynanın enerji obyektlərinə kütləvi hücuma keçib.

İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb. Ukraynanın hər yerində hava hücumu xəbərdarlığı elan edilib.

Kiyevdə, Kiyev vilayətində, Odessa vilayətində, Dnepropetrovsk vilayətində və Donetsk vilayətində elektrik enerjisi kəsilib.

Odessa, Kirovoqrad, Lutsk, Xarkov, Kropivnitski və Rivnedə partlayış səsləri eşidilir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
8
interpress.az

1Mənbələr