AZ

“Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda tikilən növbəti gəmi istismara verilib » AzadMedia.az


“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda (ZGTTZ) inşa edilən “Bərgüşadçay” yedək gəmisi istismara verilib. Gəmi Xəzər Dəniz Neft Donanmasının balansına götürülüb.

Gəminin uzunluğu 24,72 metr, eni 6,60 metr, bortunun hündürlüyü 3 metr, suya oturumu isə 1,6 metrdir. Dedveyti 14 ton təşkil edir.

Gəmi 9 uzel sürətlə hərəkət edəcək və göyərtəsində 3 tonadək yük daşıma qabiliyyətinə malikdir.

Gəmidə rabitə və elektroradionaviqasiya sahəsinə aid müasir avadanlıqlar quraşdırılıb. Buraya stasionar VHF radiostansiyası, qəza radiomayakı (EPIRB), radiolokasiya cavabvericiləri, əl radiostansiyaları, Avtomatik İdentifikasiya Sistemi (AIS), Komanda Yayım Qurğusu, maqnit kompası və radiolokasiya stansiyası daxildir.

Gəminin layihəsi ASCO Mühəndislik MMC-nin əməkdaşları tərəfindən hazırlanıb.

Xatırladaq ki, ZGTTZ-də peşəkar gəmi təmiri və dəniz mühəndisliyi xidmətləri ilə yanaşı, 2017-ci ildən etibarən müvafiq sertifikatlaşdırma əsasında gəmilərin tikintisi də həyata keçirilir.
Seçilən
39
8
azadmedia.az

10Mənbələr