UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turu rekordla əlamətdar olub.
Fanat.Az xəbər verir ki, 18 oyunda ümumilikdə 67 qol vurulub.
Bu isə turnir tarixində rekord göstərici deməkdir. bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb. Əvvəlki rekord ÇL-in 2000/2001 mövsümünün 1-ci turunda qeydə alınmışdı. Həmin vaxt 16 görüşdə azarkeşlər 63 qol görmüşdülər.
Qeyd edək ki, hazırda turnir cədvəlinə "Liverpul" başçılıq edir.