AZ

“Neftçi” daha bir legionerini yola salıb

"Neftçi" amerikalı basketbolçu Kevion Bleylok ilə yollarını ayırıb.

İdman.biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Onunla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Çempionatda işləri yaxşı getməyən “Neftçi” Bleylokdan öncə Ayzeya Lyuis, Alonzo Kempbel, Broderik Robinson və Bobi Harvini də yola salıb. Əvəzində Derrel Camal Brentli və De Ancelo Uilyam Stüartla güclənib.

İdman.biz

Seçilən
19
1
idman.biz

2Mənbələr