AZ

Təbriz sakini sosial mediada paylaşım etdiyi üçün SEPAH-a çağırılaraq dindirilib

Təbriz sakini və karate məşqçisi Vəhid Bəhramən Instagram səhifəsində etdiyi paylaşımlar səbəbindən təhlükəsizlik qüvvələri tərəfindən telefonla çağırılaraq dindirilib.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyinin məlumatına görə, Vəhid Bəhramən 23 noyabrda Təbrizdə İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) kəşfiyyat qurumunun təcridxanasında bir neçə saat ərzində dindirilib. Onun yazılı öhdəlik verdikdən sonra sərbəst buraxıldığı bildirilib.

Vəhid Bəhramən İnstagramda 100 mindən çox izləyiciyə malikdir və son vaxtlar səhifəsində Azərbaycan türklərinin hüquq tələblərinə dair məzmunlar paylaşmışdı. O, həmçinin azərbaycanlı siyasi məhbuslara dəstək verərək aidiyyəti qurumlardan onların azadlığa buraxılmasını tələb etmişdi.

İranda sosial media platformalarından istifadəyə məhdudiyyətlər tətbiq olunur və bu platformalara yalnız VPN və ya proksi vasitəsilə giriş mümkündür. Hakimiyyətin mövqeyinə zidd paylaşımlar təhlükəsizlik qurumları tərəfindən izlənilir və bu kimi fəaliyyətlər bəzi hallarda hüquqi prosedurların başlanmasına və ya təqibə səbəb ola bilər.

visiontv.az



Seçilən
204
visiontv.az

1Mənbələr