AZ

Paşinyanın sərhədlə bağlı planı: Sərkisyan açıqladı

Ermənistan Baş naziri Nikol Paşinyana görə, Avropa İttifaqının (Aİ) müşahidəçiləri Azərbaycanla sərhəd demarkasiya olunduqca çıxarılmalıdır.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Manvel Sərkisyan deyib.

Ekspert İrəvanın Aİ missiyasını ölkədən çıxarmağa meylləndiyini iddia edir:

“Delimitasiya və demarkasiya ilə bağlı əsasnamə təsdiqlənəndə Azərbaycanın rəsmi şəxslərindən biri bəyan elədi ki, əgər belə bir tənzimləmə varsa və əsas məqsəd sərhədlərin müəyyənləşdirilməsidirsə, deməli, həmin ərazidə müşahidəçiyə ehtiyac yoxdur. Ermənistandan da yüksək səviyyədə deyilib ki, əgər sərhəd müəyyənləşibsə, onların burada olmasının heç bir mənası yoxdur. Yəni deyirlər ki, əvvəlcə demarkasiya aparaq, sonra müşahidəçiləri çıxaraq. Məsələn, Tavuş sektorunda sərhədin 12 kilometri demarkasiya edilib, indi orada müşahidəçi yoxdur.

Mövqelər belədir, Ermənistan hakimiyyətinin nə edəcəyini bilmirəm”.

Aİ-yə gəlincə, Sərkisyan vurğulayıb ki, Brüssel missiyanın Ermənistanda qalmasında maraqlıdır:

“Bu, Avropa üçün bir əhəmiyyət kəsb edir. Amma məsələlər haqda heç vaxt açıq danışmırlar, bura da Ermənistanın xahişi ilə gəliblər. İndi İrəvanda bunu istəmirlərsə, gəlməyəcəklər. Artıq Aİ nümayəndəsi (Aİ-nin Ermənistandakı səfiri Vasilis Maraqos) açıq danışıb. Bəlkə də artıq məsuliyyəti Ermənistanın üzərinə qoyurlar. Bildiriblər ki, Ermənistan nə qərar versə, bunu edəcəklər. Amma bu, həm də qeyri-müəyyən prosesdir. Çünki dünyada nə baş verdiyini, Avropada hansı proseslərin gedəcəyini, Ukraynada nə olacağını bilmirik”.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
47
teleqraf.com

1Mənbələr