AZ

Gömrük Komitəsi “Luxmarket”ə protokol yazdı, məhkəmə cərimə cəzası kəsdi

Nərimanov Rayon Məhkəməsində “Luxmarket” MMC-yə yazılan inzibati protokola baxılıb.

Apress.az-ın xəbərinə görə, hakim Hafiz Kamranovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub, şirkət cərimələnib.

Xatırlatma: Protokol Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edilib.

Seçilən
84
4
apress.az

10Mənbələr