Bakı,TurkicWorld
Türkiyəyə F-35-lərin tədarükü üçün tələb olunan şərtlər hər kəsə məlumdur və siyasətimiz dəyişməyib.
TurkicWorld xəbər verir ki, ABŞ, Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülərin çərşənbə axşamı Türkiyə Böyük Millət Məclisinin Plan və Büdcə Komissiyasında nazirliyin 2025-ci il büdcəsi müzakirələri zamanı F-35-lərlə bağlı verdiyi açıqlamaya cavab verib.
Nazirlik Türkiyənin F-35 qırıcıları alması və ya F-35 proqramına qayıtması ilə bağlı danışıqlara dair sualları da cavabsız qoyub.
Qeyd edək ki, Nazir Gülər Türkiyənin həftənin əvvəlində büdcə müzakirələri zamanı istehsal mərhələsində iştirak etdiyi və pulunu ödədiyi, lakin ABŞ-ın Rusiyadan aldığı S-400 hava hücumundan müdafiə sistemlərini əsas gətirərək vermədiyi F-35 döyüş təyyarələrinə də toxunub.
"F-35-lər haqqında dediyiniz hər şey doğrudur. Orada bizim altı təyyarəmiz var. Təbii ki, KAAN təyyarəsini indi düzəldə biləcəyimizi, bunu bacardığımızı, uçduğunu görəndə bir az fikir dəyişdi. İndi onlar da F-35 verə biləcəklərini bildirirlər. Amma bununla bağlı hələlik belə bir inkişaf yoxdur"-, deyə Gülər vurğulayıb.