AZ

Məhkəmə Kaya Kallası yalan danışmaqda təqsirli bilib

Məhkəmə Estoniyanın keçmiş baş naziri Kaya Kallasdan 2021-ci ildə etirazlar zamanı nümayişçilərin ölkə polisinə hücumları ilə bağlı yalan ifadələrini açıq şəkildə təkzib etməyi tələb edib...

Poliqon xəbər verir ki, bu barədə ERR Agentliyi məlumat yayıb.

Nəşr qeyd edib ki, Harju Dairə Məhkəməsi nümayişlərin təşkilatçıları olan Estoniya parlamentinin üzvü Varro Vuqlaidin və Ailənin və Ənənələrin Müdafiəsi Fondunun (SAPTK) iddiasını qismən təmin edib.

Məhkəmə qərarına əsasən, Kaya Kallas 10 gün ərzində yalan ifadələrini ictimaiyyət qarşısında təkzib etməyə borcludur.

Noyabrın 27-də Avropa Parlamenti Avropa Komissiyasının (AK) yeni tərkibini təsdiqləyib. Estoniyanın keçmiş baş naziri Kaya Kallas Avropa diplomatiyasının rəhbəri vəzifəsinə təyin edilib.

Sentyabrda Avropa İttifaqı Şurası Ursula fon der Leyenin təklif etdiyi Avropa Komissiyasının tərkibini təsdiqləyib. Siyahıda ümumilikdə 25 Avropa komissarının adı var. Onların arasında 11 qadın var ki, bu da 40% kvotaya uyğundur. Kaya Kallasdan başqa, slovakiyalı Maros Şefçoviç, latviyalı Valdis Dombrovskis və Niderland təmsilçisi Vopke Hoekstra əsas postları tutub. Onlar müvafiq olaraq ticarət, iqtisadiyyat və iqlim məsələləri ilə məşğul olacaqlar.

Poliqon.info

Seçilən
8
poliqon.info

1Mənbələr